İdman

UEFA bu vəhşiliyi də görməyəcək - FOTO

14 Aprel 2017 13:35
4 Şərh     Baxış: 1 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Lion şəhərində yerli "Lion"la Türkiyənin "Beşiktaş" klubları arasında Avropa Liqası çərçivəsində oynanmış matçda baş verənlər vandalizm, xuliqanlıq yox, vəhşilikdir.

Milli.Az European-a istinadən bildirir ki, matç başlamazdan əvvəl tribunaya soxulan "Lion" fanatları türk azarkeşlərə əvvəlcə plastik butulkalar, xırda pullar atıblar, sonra isə flayerlərə və tüstü şaşkalarına keçiblər.

Bununla da sakitləşməyən "Lion" fanatları türk azarkeşlərə hücum ediblər.

Həmin olay zamanı çəkilmiş fotolardan, sadəcə, biri... Lionlu fanat əlindəki dəmir əsa ilə "Beşiktaş"ın matçına baxmaq üçün valideynləri ilə stadiona gəlmiş türk qızı vurmağa hazırlaşır.

Bunu balaca qızın anası görür və övladını qucaqlayaraq vücudu ilə onu qoruyur.

Əsa qadına, anaya dəyir.

Sadəcə, bir məqam.

UEFA bu vəhşiliyi də görməyəcək və anlamayacaq ki, matçın 46 dəqiqə sonra başlamasının əsas səbəbkarlarından biri "Bizim üçün oynayın!" hayqıran ermənilərdi?

Yoxsa bu da "xırda xuliqanlıq"dır?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.