İdman

11 yaşında "Mançester Yunayted"də oynayacağını məktubunda yazmışdı - FOTO

12 Aprel 2017 07:41
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in gənc ulduzu Markus Reşfordun 8 il əvvəl yazdığı məktub ortaya çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 11 yaşında ikən "qırmızı-şeytanlar"da oynamaq arzusunda olduğu bildirən istedadlı hücumçu məktubunda yazıb:

"Ailəmi mənimlə qürur duymağa məcbur etmək istəyirəm. İnanıram ki, məktəbdə olduğu kimi, kənarda da gələcəyim parlaq olacaq. Sadəcə, bir məqsədim var - peşəkar futbolçu olmaq istəyirəm. Ümid edirəm ki, "Mançester Yunayted"də".

Qeyd edək ki, 2015-ci ildən "Mançester Yunayted"in əsas komandasında çıxış edən Reşford İngiltərə millisinin də üzvüdür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.