İdman

Püşkatmada ediləcək yeniliklər AÇIQLANDI

11 Aprel 2017 12:35
0 Şərh     Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Güləş Birliyi 2017-ci il Dünya çempionatının püşkatma sistemində ediləcək yeniliklər barədə məlumat verib. 

Belə ki, 2016-cı ildə keçirilən Rio Olimpiadası və qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya Çempionatı, 2017-ci ilin Qitə çempionatlarının yekununda qazanılmış xalların nəticəsinə əsasən, hər çəki dərəcəsində ilk dördlükdə qərarlaşmış idmançılar püşkatmada iştirak etməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çəki dərəcələrində iştirakçılarının sayı da xalların hesablanmasına təsir edəcək. Məsələn, qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatında 70 kq çəkidə 40 iştirakçı olacağı təqdirdə çempion 25 + 40 = 65 xal qazanacaq. Belə olan halda, iştirakçı sayı çox olan yarışlarda xallar da yüksək olacaq. 

İdmançı xalları fərdi qaydada qazanır. Əgər 2017-ci ilin Dünya çempionatına Rio Olimpiadasının iştirakçısı olmayan idmançı gedərsə o, püşkatmada iştirak edəcək. 

Reytinqdə ilk sırada olan idmançı yarış protokolunda ən üst qrupda yer alacaq. Reytinqin üçüncüsü yuxarı qrupun sonunda, ikinci olan idmançı isə protokolun aşağı qrupunun ən üstündə mübarizəyə qoşulacaq. Reytinqin 4-cüsü olan idmançı isə protokolun aşağı qrupunun sonunda yer alacaq. 

Püşkatmada iştirak etməyən idmançılar təsnifat mərhələsindən azad ediləcək. Əgər püşkatmanın nəticəsində idmançılardan 3 nəfəri təsnifat mərhələsindən azad edilirsə, bu halda reytinqdə 4-cü olan güləşçi təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Əgər 2 nəfər azad edilirsə reytinqdə 3-cü və 4-cü olan idmançılar, 3 nəfər azad edilirsə 2-ci, 3-cü və 4-cü olan idmançılar mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 

Əgər ilk dördlükdə qərarlaşan idmançılardan biri və ya bir neçəsi çempionatda  iştirak etməzsə onların yerini reytinqdə növbəti mövqelərdə qərarlaşmış idmançılar tutacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.