İdman

Hiquain "Yuventus"da 59 illik rekordu təzələdi

10 Aprel 2017 07:07
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Qonzalo Hiquain A Seriyasının 31-ci turunda "Kyevo"nun qapısına 2 qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mövsümdə qollarının sayını 20-ə çatdıran argentinalı forvard 1958-ci ilin rekordunu təzələyib. Belə ki, həmin vaxtdan bəri "Yuventus"un heç bir futbolçusu ilk mövsümdə bu qədər qol vura bilməmişdi. Hiquaindən əvvəl bunu 1957/58 mövsümündə Con Çarlz və Omar Sivori etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.