İdman

Qran-pridə ikinci gün: 3 idmançımız tatamiyə çıxır

8 Aprel 2017 13:05
0 Şərh     Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün cüdo üzrə Antalya Qran-prisi davam edəcək. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünən 1 bürünc medal qazanan komandamız yarışın ikinci günündə 3 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində bir çəki dərəcəsində 2 həmyerlimiz, qadınların yarışında isə 1 idmançımız tatami üzərinə çıxacaq.
 
Kişilər
73 kq
Bu çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Cənubi Koreyanın təmsilçisi Hyunsu Park olacaq.
 
Bu çəkidəki digər idmançımız Hidayət Heydərov isə yarışa 1/8 final mərhələsindən başlayacaq. Böyük perspektiv vəd edən Heydərov cənubi koreyalı En-Sonq Çoi ilə rusiyalı Laşa Lomidzenin döyüşünün qalibi ilə üz-üzə gələcək.
 
Qadınlar
63 kq
Gülsədəf Kərimovanın ilk döyüşü 1/8 finala təsadüf edəcək. O, bu mərhələdə rusiyalı Olqa Kruikova ilə qarşılaşacaq.
 
Qeyd edək ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız Qran-prinin son günündə daha 3 idmançı ilə təmsil olunacaq.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.