İdman

""Qızıl top"u Neymara vermək lazımdır"

7 Aprel 2017 07:41
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin canlı əfsanəsi Ziko həmyerlisi Neymarın "Qızıl top"u almaq vaxtının yetişdiyini düşünür. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:

"Artıq "Qızıl top"u Neymara vermək lazımdır. Bu mükafata layiqdir. O, Braziliya millisində daha yaxşı oynayır, nəinki Messi Argentina millisində. Sonuncu dəfə "Qızıl top" Ronalduya qismət olub. Bu, "Real"ın Çempionlar Liqasında, Portuqaliya millisinin Avropa çempionatında uğur qazanması ilə əlaqədar idi. Amma mükafata Neymar da sahib çıxa bilərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.