İdman

""Real"da oynamaq ən böyük arzumdu"

30 Mart 2017 11:21
0 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya" dünyanın ən yaxşı komandalarından biridi. Mən burada çox şey öyrənirəm.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri Türkiyə yığmasının futbolçusu Əmrə Mor deyib.

Dortmund "Borussiya"sında çıxış edən gənc yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb. Məlum olub ki, Əmrə Madrid "Real"ında çıxış etmək arzusundadı:

"Borussiya"da özümü xoşbəxt sayıram. Amma nə vaxtsa "Real"ın formasını geyinmək, ulduz futbolçu olmaq istəyirəm. Bu, mənim ən böyük arzumdu. Başa düşürəm ki, bunu reallaşdırmaq mənim üçün hələ tezdi. Lakin özümə bələdəm. Düşünürəm ki, gələcəkdə "Barselona"da da çıxış etməyim mümkündü"
 
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən ildən "Borussiya"nın formasını geyinir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.