İdman

Gələn də dördünü vurur, gedən də...

29 Mart 2017 15:04
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi azarkeşlərini üzməkdə davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandadan daha çox bir neçə ölkənin birləşmiş yığmasını xatırladan komandamız acınacaqlı nəticələrlə diqqət çəkir.

Yaşar Vahabzadənin baş məşqçisi olduğu və əsas millinin gələcəyi gözü ilə baxılan komandanın sonuncu biabırçılığı İstanbulda yaşanıb. Türkiyənin U-21 yığmasının ikinci heyəti sayıla biləcək komanda millimizə divan tutub.
 
Aparıcı üzvlərini əsas komandaya verən, əsasən debütantlara güvənən, hətta gücünə görə 3-cü dəstə sayılan II liqadan da oyunçuya şans verən "ay-ulduzlular" Vahabzadə və yetirmələrini meydana çıxmağa peşman edib - 4:0. Özü də meydan sahibləri bütün qolları fasilədən sonrakı 45 dəqiqədə vurublar.
Millimizin hər oyun 4 qol buraxmasına gəlincə, yığmamızın bundan əvvəlki son matçı Sudana qarşı olmuşdu. Antalyadakı təlim-məşq toplanışı zamanı afrikalılar U-21-in önünə daha kiçiklərlə U-20 ilə çıxmışdı. Amma sudanlılar 4:1 hesabı ilə qələbə qazanıb.
Əslində, 0:4 hesablı məğlubiyyəti faciəyə çevirmək olmaz. Çünki istənilən komanda belə hesabla uduza bilər. Amma milliləşən legionerlərlə zəngin yığmamızın başqa şakəri var.
 
Məsələ ondadır ki, yığmamız artıq hər oyun uduzmağa, həm də adətən 4 qol buraxmağa adət edib. Ardıcıl 4 görüşdə uduzan, bu matçlardan üçündə qapısında 4 top buraxan Yaşar Vahabzadənin yetirmələri haqda belə təəssürat yaranır ki, gələn də 4-nü vurur, gedən də.
 
Düzdü, Türkiyədəki matçdan fərqli, əvvəlki oyunlarda yığmamız 4 qola az-çox cavab verə bilmişdi. Amma etiraf edək ki, həmin rəqiblər də "ay-ulduzlular" qədər ciddi komandalar deyildi. Hərçənd, elə bu rəqibin özü də Avropada ən yaxşı halda ortabab sayıla bilər. AVRO-2017-nin seçmə mərhələsində yalnız 3-cü olan türkiyəlilər həlledici turnirdən bizim kimi kənar qalıb.
 
Millimizin hər oyun 4 qol buraxmasına gəlincə, yığmamızın bundan əvvəlki son matçı Sudana qarşı olmuşdu. Antalyadakı təlim-məşq toplanışı zamanı afrikalılar U-21-in önünə daha kiçiklərlə U-20 ilə çıxmışdı. Amma sudanlılar 4:1 hesabı ilə qələbə qazanıb.
 
Bundan əvvəl Səudiyyə Ərəbistanının U-20 komandasına 0:1 hesabı ilə uduzan yığmamız Almaniyanın aşağı liqa komandası "Germania Egestorf"dan da 4 top buraxıb. Vahabzadənin yetirmələri həmin 4 qola ikisi ilə cavab verib. Amma yenə də həmin görüşdə millimiz 2:4 hesabı ilə uduzub.
 
Ümumiyyətlə, 2017-ci ildə komandamız qələbə nə olduğunu bilmir. Üçündə 4 qol "yediyi" son 4 oyunda uduzan milli bundan əvvəl də qalib gəlməkdə çətinlik çəkib. Almaniya "Rot-Vays"ı ilə qolsuz, Qazaxıstan "Okjetpes"ı ilə 2:2 hesablı heç-heçələr də Antalya toplanışında gerçəkləşmişdi. Bir sözlə, 2017-ci ildəki 6 matçda qələbəyə həsrət qalan U-21 ardıcıl 4-cü yenilgisini alıb. Bu uğursuz çıxışların ardından sonra komandanı AVRO-2019-un seçmə mərhələsi gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.