İdman

Millimiz Moldovaya qarşı

29 Mart 2017 13:22
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yığmamız Moldova ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq.

AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız iki yoxlama oyunundan birincisinə çıxacaq. Belə ki, millimizlə Moldova sabah yenidən üz-üzə gələcək.

Baş məşqçi Biro Jadenin yetirmələrinin hər iki oyunu Bakı İdman Sarayında baş tutacaq. Qarşılaşmalar saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan dünya reytinqində 10-cu, Moldova isə 57-cidir.

Yoldaşlıq oyunu

29 mart

18:30. Azərbaycan - Moldova

Bakı İdman Sarayı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.