İdman

DÇ-2018: İlk vəsiqəni Braziliya qazandı - VİDEO

29 Mart 2017 10:17
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci il dünya çempionatının final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundiala ev sahibi kimi qatılacaq Rusiyadan sonra Braziliya da planetin ən nüfuzlu futbol turnirində oynamaq hüququ qazanıb.

"Sambaçılar" buna DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin XIV turunda nail olub. Titonun yetirmələri turnirin sonuna 4 tur qalmış Rusiyaya birbaşa vəsiqə verən 4 pillədən birini təmin edib.
 
Paraqvay üzərində 3:0 hesablı qələbə qazanan Neymar və komanda yoldaşları xal hesabını 33-ə çatdırıb. Onlar ən yaxın izləyicisini 9 xal qabaqlayır. Düzdü, 5-ci olan Argentina da Braziliyanı keçmək imkanına malikdi. Amma Uruqvayla Argentinanın öz arasında da oyunu qaldığından pentakampeonlar ən pis halda, 3 komandanı önə buraxacaq. Bu isə ilk 4 yerdən birinin təmin olunması anlamına gəlir.
 
Lionel Messisiz Argentina isə işini daha da çətinə salıb. Onlar autsayderlərdən olan Boliviyaya uduzmaqla 5-ci yerə enib. Bu yer isə mundiala deyil, pley-offa vəsiqə verir. Birbaşa vəsiqə üçün argentinalılar Kolumbiya, Uruqvay və Çili ilə mübarizə aparmalıdı. Lakin Ekvador, hətta Peru ilə Paraqvay da mundiala vəsiqə üçün sonadək savaşmağa çalışacaq. İki autsayder - Boliviya və Venesuela isə hətta pley-offda oynamaq şanslarını da itirib.
 
DÇ-2018-in seçmə mərhələsi
Cənubi Amerika zonası

XIV tur
Boliviya - Argentina - 2:0
Ekvador - Kolumbiya - 0:2
Çili - Venesuela - 3:1
Braziliya - Paraqvay - 3:0
Peru - Uruqvay - 2:1

1

Braziliya

14

10

3

1

35-10

33

2

Kolumbiya

14

7

3

4

18-15

24

3

Uruqvay

14

7

2

5

26-17

23

4

Çili

14

7

2

5

24-19

23

5

Argentina

14

6

4

4

15-14

22

6

Ekvador

14

6

2

6

23-20

20

7

Peru

14

5

3

6

22-23

18

8

Paraqvay

14

5

3

6

13-21

18

9

Boliviya

14

3

1

10

12-32

10

10

Venesuela

14

1

3

10

17-34

6

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Гол Неймара помог Бразилии первой квалифицироваться на ЧМ-2018 в России

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.