İdman

Millimizin rəqibləri üçün uğursuz gün

29 Mart 2017 09:30
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2019-un seçmə mərhələsində U-21 millimizlə eyni qrupda mübarizə aparacaq Almaniya və Norveçin müvafiq yaş üzrə komandaları sınaq matçlarında qüvvələrini sınayıblar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, almanların rəqibi portuqaliyalı həmyaşıdları olub.

Görüş portuqaliyalıların minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola oyunun 25-ci dəqiqəsində Fernandez imza atıb.
 
Norveç millisi də məğlubiyyətlə barışmalı olub. Skandinavlar Rusiya səfərindən məyus dönüblər. Jiqulev və Jemaletdinovun ilk hissədə vurduqları qollar Şimal qonşularımızın qələbəsini rəsmiləşdirib.
 
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk oyununda avqustun 31-də İsraillə səfərdə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.