İdman

İspaniya və İtaliyadan qələbə, Portuqaliya uduzdu

29 Mart 2017 09:09
3 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bir sıra ölkələrinin yığmaları yoldaşlıq oyunlarında üz-üzə gəliblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutan görüşlərin arasında azarkeşlərin daha çox diqqətini çəkən matçlar da var.

Belə ki, DÇ-2018-in seçmə mərhələsi oyununda Bolqarıstana uduzan və baş məşqçi Danni Blindi istefaya yollayan Hollandiya millisinin İtaliya ilə üz-üzə gəlib. "Narıncılar" bu görüşdə də uduzublar - 1:2.
 
Seçmə mərhələdə uyğun olaraq Lüksemburqu 3:1 və İsraili 4:1 hesabı ilə məğlub edən Fransa ilə İspaniyanın qarşılaşması da xüsusi maraqlı keçib. "Matadorlar" iki cavabsız qola seviniblər - 0:2.
 
Portuqaliya isə 2:0 önə keçdiyi oyunda İsveçə məğlub olub - 2:3.
 
Yoldaşlıq oyunları
28 mart
 
Avstriya - Finlandiya - 1:1
Qollar: Arnautoviç, 62 - Yensen, 76
 
Hollandiya - İtaliya - 1:2
Qollar: Romanyoli, 10 (öz qapısına) - Eder, 11, Bonuççi, 32
 
İrlandiya - İslandiya - 0:1
Qol: Maqnusson, 21
 
Portuqaliya - İsveç - 2:3
Qollar: Ronaldo, 18, Qranqvist, 34 (öz qapısına) - Klaesson, 57, 76, Kanselo, 90+3 (öz qapısına)
 
Fransa - İspaniya - 0:2
Qollar: David Silva, 68, Delofo, 77
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.