İdman

Türkiyə millimizi darmadağın etdi

28 Mart 2017 21:34
2 Şərh     Baxış: 2 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AVRO-2019-un seçmə mərhələsinə hazırlaşan millimiz Türkiyəli həmyaşıdları ilə qarşılaşıb.

Yaşar Vahabzadənin yetirmələrinin "ay-ulduzlular"la sınağı İstanbulda baş tutub. Görüş Rəcəb Tayyip Ərdoğan stadionunda təşkil olunub.

Bakı vaxtı ilə saat 18:00-da  başlayan oyunda meydan sahiblərinin darmadağını ilə yekunlaşıb. Türkiyə yığması millimizi 4 cavabsız qola "qonaq" ediblər.

İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunun ikinci hissəsində Kubilay Kanatsızkuş və Umut Bozok hərəyə iki qol vuraraq qalibiyyətin memarı olublar.

U-21-lər arasında yoldaşlıq oyunu

28 mart

Türkiyə - Azərbaycan - 4:0

Qollar: Umut Bozok, 56, 86, Kubilay, 78, 83

Hakimlər: Əmrə Malok, Oktay Öncə, Bahtiyar Birinci, Can Cengiz (hamısı Türkiyə)

İstanbul. Rəcəb Tayyip Ərdoğan stadionu
 

Türkiyə: 12. Uğurcan Çakır, 2. Dorukhan Toköz, 4. Mehmet Zəki Çelik, 7. Orkan Çınar (k), 8. Alican Özfesli, 10. Yusuf Yazıcı, 11. Dəniz Hümmət, 13. Umut Bozok, 15. Ahmet Ildız, 16. Fethi Özər, 18. Oğuzhan Çapar

Baş məşqçi: Abdullah Ercan

Azərbaycan: 1. Səbuhi Əliyev, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Sərkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov (k), 9. Ozancan Kökcü, 11. Mahir Mədətov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev

Baş məşqçi: Yaşar Vahabzadə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.