İdman

"Azərbaycanla səfər oyununun əhəmiyyəti böyükdür"

28 Mart 2017 14:47
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali İrlandiya yığmasının və KPR-in futbolçusu Konor Vaşinqton DÇ-2018-in seçmə mərhələsi barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şimali İrlandiya yığması Norveçi 2:0 hesabı ilə məğlub edərək qrup 2-ciliyini möhkəmləndirib. Skandinaviyalıların qapısından 2-ci qolu keçirən Konor Vaşinqton açıqlamasında millimizlə Bakıda keçirəcəkləri oyun haqda da danışıb:

"Möhtəşəm oyun oldu, azarkeşlər üçün əsl tamaşa idi. Milliyə dəvət alanda etimadı doğruldacağıma inanırdım. Komandamız keyfiyyəti oyun nümayiş etdirdi. Bu tempdə davam etmək istəyirik. Azərbaycanla səfər oyununun əhəmiyyəti böyükdür. Çexiya ilə ev matçımız isə böyük oyun olacaq".

Azrbaycan - Şimali İrlnadiya matçı iyunun 10-da, saat 20:00-da start götürəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.