İdman

Nazarov Azərbaycan yığmasının tarixinə düşüb

27 Mart 2017 10:45
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov ölkə futbolu tarixinə düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu dördqat dünya çempionlarına və Avropanın ən titullu yığmaları İtaliya və Almaniyaya qol vuran ilk azərbaycanlı futbolçu olub.

Almaniyanın "Aue" klubunun futbolçusu ilk dəfə 2016-cı il oktyabrın 10-da Bakıda Avro-2016-nın seçmə qrup oyunu zamanı İtaliyanın qapısına yol tapıb. Martın 26-da isə Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyanı məyus edib. Nazarov hər iki görüşdə komandasının bərabərlik qolunun müəllifi olsa da, yekunda Azərbaycan yığması müvafiq olaraq, 1:2 və 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda Nazarovun aktivində 6 qol var. Onlardan 4-ü rəsmi matçlarda vurulub. O, ötən tskildə Bakıda Bolqarıstan və Maltanı məyus edib. Digər 2 qol isə yoldaşlıq görüşlərinə təsadüf edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.