İdman

Nazarov: "Yaşadığın ölkənin yığmasına qol vurmaq inanılmaz hissdir"

27 Mart 2017 10:13
1 Şərh     Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionuna, ailəmlə birlikdə yaşadığımız ölkənin yığmasına qarşı oynamaq və qol vurmaq inanılmaz hissdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığmasını qəbul edən millimiz 1:4 hesabı ilə uduzub.
 
Matçdan sonra alman mətbuatına açıqlama verən Nazarov oyunla bağlı fikirlərini bildirib. II Bundesliqa təmsilçisi "Aue"nin üzvü olan yarımmüdafiəçi bunları deyib: "Qrupda Almaniyaya heç kim qol vura bilmirdi. Stadion azarkeşlərlə tam dolmuşdu. Bu, azərbaycanlıların oyuna olan marağını göstərirdi. Hesabı bərabərləşdirdikdən sonra dərhal qol buraxdıq və bu, bizi şoka saldı. Vəziyyəti dəyişmək artıq çətin idi".
 
Nazarov artıq diqqətini klubunun çıxışına yönəldəcəyini qeyd edib: "Bir gün istirahət etdikdən sonra "Aue"nin heyətində məşqlərə başlayacağam. Həftənin ikinci günündən etibarən "Sankt-Pauli" ilə matçın hazırlığına start verəcəyəm. Düşünürəm ki, Almaniyaya qol vurduqdan sonra baş məşqçi bu görüşdə məni oynadacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.