İdman

"Biz Azərbaycandan ikiqat səviyyəli komandayıq"

27 Mart 2017 09:55
4 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz Azərbaycandan ikiqat səviyyəli komandayıq. Bu da nəticəyə öz təsirini göstərdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniya yığmasının müdafiəçisi Mats Hummels deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Bundestim 4:1 hesablı qələbə qazanaraq, qrupda yoluna itkisiz davam edib.
 
Yerli mətbuata açıqlamasında görüşü dəyərləndirən Hummels oyunlarından çox da məmnun olmadığını söyləyib: "Səviyyə baxımından onları qabaqlayırdıq. Rəqib də pis təsir bağışlamadı. Açığı, tam istədiyimiz oyunu sərgiləyə bilmədik. Düzünü demək lazımdısa, çətinlik çəkdik. Təcrübə və səviyyə fərqi qələbə qazanmağımıza yardım etdi".
 
Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla liderliyini davam etdirirsə, Azərbaycan millisi aktivindəki 7 xalla turnir cədvəlinin 4-cü pilləsinə düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.