İdman

Yığmamızın 44-cü DARMADAĞINI

26 Mart 2017 22:37
9 Şərh     Baxış: 2 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisi tarixində 44-cü dəfə böyükhesablı məğlubiyyət alıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu darmadağın DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə Bakıda keçirilən matçında qeydə alınıb.

1:4 hesablı ev yenilgisi 1992-ci ildə yaranan komandamız tarixinin 229-cu matçındakı 44-cü ağır məğlubiyyətdi. Millimiz keçirdiyi oyunların təxminən 19,2 faizində üç və ya daha çox top fərqilə uduzub.
 
Yığmamız sonuncu belə yenilgisini ötən il almışdı. 2016-cı il noyabrın 11-də Şimali İrlandiya ilə seçmə oyununda millimiz 0:4-ə üzülmüşdü. 135 gün öncə ilə müqayisədə komandamız bu dəfə 4 qoldan birinin əvəzini çıxa bilib.
 
Millimizin darmadağınlarından 23-ü 3 top fərqilə olubsa, 21 dəfə daha acınacaqlı hesaba yenilmişik. Yığmamız 8 dəfə 4, 6 dəfə 5, 4 dəfə 6 top fərqilə uduzub. Yığmamızın hesabında 7, 8 və hətta 10 top fərqilə məğlubiyyət də var.
 
Yığmamızın bütün böyükhesablı məğlubiyyətləri
17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan - Azərbaycan 6:3
19 aprel 1994. Ta Qali. YO. Malta - Azərbaycan 5:0
7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya - Azərbaycan 3:0
29 mart 1995. Koşitse. AÇ. Slovakiya - Azərbaycan 4:1
26 aprel 1995. Trabzon. AÇ. Azərbaycan - Rumıniya 1:4
6 sentyabr. Oser. AÇ. Fransa - Azərbaycan 10:0
2 iyun 1996. Oslo. DÇ. Norveç - Azərbaycan 5:0
10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan - Macarıstan 0:3
8 iyun 1997. Helsinki. DÇ. Finlandiya - Azərbaycan 3:0
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə - Azərbaycan 5:0
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya - Azərbaycan 3:0
10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan - Macarıstan 0:4
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya - Azərbaycan 7:0
9 iyun 1999. Buxarest. AÇ. Rumıniya - Azərbaycan 4:0
18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan - Azərbaycan 5:1
8 sentyabr 1999. Budapeşt. AÇ. Macarıstan - Azərbaycan 3:0
6 fevral 2000. Ta`Qali. BT. Malta - Azərbaycan 3:0
6 oktyabr 2000. Skopye. DÇ. Makedoniya - Azərbaycan 3:0
2 iyun 2001. İstanbul. DÇ. Türkiyə - Azərbaycan 3:0
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç - Azərbaycan 3:0
20 fevral 2002. Sofiya. YO. Bolqarıstan - Azərbaycan 3:0
12 oktyabr 2002. Helsinki. AÇ. Finlandiya - Azərbaycan 3:0
29 mart 2003. Kardiff. AÇ. Uels - Azərbaycan 4:0
11 oktyabr 2003. Reco di Kalabriya. AÇ. İtaliya - Azərbaycan 4:0
18 fevral 2004. Ramat - Qann. YO. İsrail - Azərbaycan 6:0
26 mart 2005. Varşava. DÇ. Polşa - Azərbaycan 8:0
4 iyun 2005. Bakı. DÇ. Azərbaycan - Polşa 0:3
15 avqust 2006. Kiyev. YO. Ukrayna - Azərbaycan 6:0
7 oktyabr 2006. Portu. AÇ. Portuqaliya - Azərbaycan 3:0
11 oktyabr 2006. Brüssel. AÇ. Belçika - Azərbaycan 3:0
24 mart 2007. Varşava. AÇ. Polşa - Azərbaycan 5:0
17 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan - Serbiya 1:6
9 iyun 2009. Bakı. YO. Azərbaycan - İspaniya 0:6
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan 4:0
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan 6:1
8 oktyabr 2010. Vyana. AÇ. Avstriya - Azərbaycan 3:0
29 mart 2011. Brüssel. AÇ. Belçika - Azərbaycan 4:1
7 oktyabr 2011. Bakı. AÇ. Azərbaycan - Avstriya 1:4
11 sentyabr 2012. Braqa. DÇ. Portuqaliya - Azərbaycan 3:0
3 sentyabr 2014. Moskva. YO. Rusiya - Azərbaycan 4:0
13 oktaybr 2014. Osiyek. AÇ. Xorvatiya - Azərbaycan 6:0
7 iyun 2015. Sankt-Polten. YO. Azərbaycan - Serbiya 1:4
11 noyabr 2016. Belfast. DÇ. Şimali İrlandiya - Azərbaycan 4:0
26 mart 2017. Bakı. DÇ. Azərbaycan - Almaniya 1:4

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.