İdman

Azərbaycan - Almaniya oyununda BEŞ QOL VURULDU - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

26 Mart 2017 21:50
52 Şərh     Baxış: 12 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:50

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olub.

İlk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıda da 3 xalı rahat qazanıb. 4:1 hesabı ilə məğlub olan yığmamızın yeganə təsəlli tapdığı məqam isə Nazarovun qolu olub.
 
Belə ki, cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası görüşə tam ideal heyətlə hazırlaşa bilməsə də, rəqib cütün aşkar favoriti idi. Aktivindəki 7 xalla 2-3-cü yerləri bölüşən yığmamız isə doğma azarkeşləri önündə möcüzə axtarışında idi. Robert Prosineçkinin yetirmələrinin bu matçda qazanacağı 1 xal belə, böyük uğur sayılacaqdı.
 
AFFA-nın 25 illik yubileyi günü meydana çıxan Azərbaycan yığması üçün martın 26-sı heç də düşərli gün deyil. Belə ki, komandamız tarixi ərzində 26 martda keçirdiyi 5 qarşılaşmanın hamısında məğlubiyyətə düçar olub. Portuqaliya (0:7) və Polşa (0:8) biabırçılıqları da məhz bu tarixə təsadüf edir.
 
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
 
26 mart
Azərbaycan - Almaniya - 1:4
Qollar: Nazarov, 31 - Şürrle, 19, 81, Müller, 36, Qomez, 45
 
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
 
Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
 
Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez
Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi
Baş məşqçi: Yoahim Löv

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan - Almaniya - 1:4 26.03.2017

---------

21:37

Milli.Az bildirir ki, Azərbaycan - Almaniya oyununda beşinci qol vuruldu. Oyunun 81-ci dəqiqəsində Şürle fərqləndi.

Azərbaycan - Almaniya - 1:4.

---------

20:45

Milli.Az bildirir ki, Azərbaycan - Almaniya oyununda dördüncü qol vuruldu. Oyunun 45-ci dəqiqəsində Kimmixin pasından sonra başla Mario Qomes fərqləndi.

Azərbaycan - Almaniya - 1:3.

--------

20:36

Milli.Az bildirir ki, Azərbaycan - Almaniya oyununda üçüncü qol vuruldu. Oyunun 36-cı dəqiqəsində Şürlenin pasından sonra Tomas Müller fərqləndi.

Azərbaycan - Almaniya - 1:2.

---------

20:31

Milli.Az bildirir ki, Azərbaycan - Almaniya oyununda hesab bərabərşəşdi. Oyunun 31-ci dəqiqəsində Əfran İsmayılovun pasından sonra Dmitri Nazarov fərqləndi.

Azərbaycan - Almaniya - 1:1.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan - Almaniya 26.03.2017 Nazarovun qolu

-----------

20:19

Milli.Az bildirir ki, Azərbaycan - Almaniya oyununda hesab açıldı. Oyunun 19-cu dəqiqəsində Hektorun pasından sonra Şürle fərqləndi.

Azərbaycan - Almaniya - 0:1.

----------

20:01

Milli.Az bildirir ki, Azərbaycan - Almaniya oyunu başladı.

---------

19:33

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olacaq. 

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
 
26 mart
20:00. Azərbaycan - Almaniya
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
 
Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
 
Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez
Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi
Baş məşqçi: Yoahim Löv

---------

08:54

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan Almaniya millisini qəbul edəcək.

Cari mövsüm qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar qapısını toxunulmaz saxlamağı da bacarıb. 

Son dünya çempionunun Bakıya 3 xal dalınca gəlməsi şübhəsizdir. Aktivindəki 7 xalla Şimali İrlandiya ilə 2-3-cü yerləri bölüşən  milli komandamız isə güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.

26 mart

DÇ-2018-in seçmə mərhələsi

C qrupu
 
20:00. Azərbaycan - Almaniya

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

23:45.Şimali İrlandiya - Norveç

23:45.San Marino - Çexiya

N

Komandalar

O

Q

H

M

T-F

X

1

Almaniya

4

4

0

0

16-0

12

2

Şimali İrlandiya

4

2

1

1

8-2

7

3

Azərbaycan

4

2

1

1

2-4

7

4

Çexiya

4

1

2

1

2-4

5

5

Norveç

4

1

0

3

5-7

3

6

San-Marino

4

0

0

4

1-17

0

Milli.Az

Foto: Qafqazinfo.az, AZƏRTAC

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.