İdman

"Ola bilsin ki, kimsə Renat Dadaşovu ləkələmək istəyir"

25 Mart 2017 21:46
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Almaniya mətbuatında Renat Dadaşovla bağlı xəbərə münasibətini bildirib.

Milli.Az sport24.az-a istinadən bildirir ki, "Bild"in yaydığı məlumata əsasən Almaniyada dünyaya gələn, bu ölkənin yığmasında oynamış 18 yaşlı hücumçunun millimizdə çıxış etməsi qarşılığında 1 milyon avro verilib.

Rəşad bunun matç öncəsi bilərəkdən edildiyini zənn etmir: "Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidi, amma təsdiqini tapmamış məlumatdı. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudu. Azərbaycan yığmasını seçməsi sevindirici haldı. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandı. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib".

Xatırladaq ki, Renatın ilk dəfə çağırıldığı millimizdə debütü sabah Almaniya yığması ilə ev oyununda baş tuta bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.