İdman

Sami Xedira: "Biz buraya gəzməyə yox, futbol oynamağa gəlmişik" - FOTO

25 Mart 2017 17:54
3 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisinin üzvü Sami Xedira DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az-ın musavat.com-a istinadən xəbər verir ki, alman millisinin futbolçusu konfrans zamanı bildirib ki, maksimum güclərini ortaya qoyub, qələbə qazanmağa çalışacaqlar:

"Bizim üçün vacib matçdır. Maksimum gücümüzü ortaya qoymalıyıq. Bundan öncəki matçda 2:0 hesabı ilə qalib gəlmişdik. Bu matçda da diqqətli olmalıyıq. Çalışacağıq ki, Bakıdan üç xalla ayrılaq".

- Avropa çempionatının seçmə mərhələsinə yaxşı başlamamışdınız. Amma dünya çempionatının seçmələrinə yaxşı start verdiniz. Seçmə mərhələlər arasında hansı fərqlər var?

- 2014-cü ildəki dünya çempionatından sonra növbəti çempionata yaxşı köklənə bilmədik. Buna səbəb bir neçə futbolçumuzun karyerasını başa vurması və zədəli olması idi. Son Avropa çempionatında da titul qazana bilmədik. Ona görə də növbəti turnirdə yaxşı çıxış etməliyik. Bu mərhələdə yaxşı oyun göstərməyimiz vacibdir.

- Son dövrlər zədələrdən əziyyət çəkirdin. İndi formadasan. Milli komandada rolunu necə görürsən?

- İndiyə qədər karyeramda yaxşı vaxtlarım olub. İndi də yaxşı formadayam. Hesab edirəm ki, komandada lazımı yerim var. Və üzərimə müəyyən rol düşür. Özümü millinin vacib oyunçusu hesab edirəm.

- Burda əvvəllər də olmusunuz. Bakı barədə təəssüratlarınız necədir?

- Komanda yoldaşlarım şəhəri gəzməyə getsələr də, mən getmədim. İstirahət etməyi üstün tutdum. Çünki bura ilk növbədə gəzməyə yox, futbol oynamağa gəlmişik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.