İdman

"Növbəti "Qızıl top"u Neymar alacaq"

25 Mart 2017 18:11
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin müdafiəçisi Joao Miranda Uruqvayla oyun (4:1) barədə fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu komanda yoldaşı Neymarı da tərifləyib.

"Növbəti "Qızıl top"u Neymar alacaq. O, hazırda dünyanın ən yaxşı futbolçusudur. Neymar karyerasının ən yaxşı vaxtlarını keçirir. Braziliya millisi yetkin və yaxşı təşkil olunmuş müdafiə xəttinə malikdir. Hər kəs meydanda hansı funksiyanı yerinə yetirdiyini bilir. Uruqvayla oyunda birinci qolu biz buraxsaq da, komanda buna fikir vermədi və qələbə qazandı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.