İdman

Matç qar çovğunu səbəbindən yarımçıq qaldı

25 Mart 2017 10:35
0 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiya Liqa Kuboku çərçivəsində "Fram" və "Breydablik" komandaları arasında keçirilən görüş güclü qar çovğunu səbəbindən yarımçıq qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, futbolçular oyunu davam etdirməyə çalışıblar, lakin 70-ci dəqiqədə hesab 1:0 "Breydablik"in xeyrinə olarkən meydanı tərk etmək məcburiyyətində qalıblar.

Futbolçuların əksəriyyəti dərhal soyunub-geyinmə otağına yollanıblar, lakin bəziləri havanın düzəlməsini ehtiyat oyunçular skamyasında gözləmək qərarına gəliblər. "Fram"ın qapıçısı hadisənin videosunu öz "Twitter" səhifəsində paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.