İdman

İrlandiya millisinin kapitanının matçda ayağı sındı - VİDEO

25 Mart 2017 10:40
1 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya-Uels oyununda meydan sahiblərinin kapitanı Şeymus Koulman ağır zədələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, top uğrunda mübarizədə Uels yığmasının müdafiəçisi Nil Teylor İngiltərənin "Everton" klubunda forma geyən Şeymus Koulmanın sağ ayağına zərbə endirib.
 
Matçdan sonra irlandiyalıların baş məşqçisi Martin Onil Şeymus Koulmanın ayağının sındığını bildirib.
 
Qeyd edək ki, epizoddan sonra Nil Teylor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İrlandiya-Uels matçı 0:0 hesabı ilə başa çatıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İrlandiya millisinin kapitanının Uelslə matçda ayağı sındı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.