İdman

Canluici Buffondan möhtəşəm yubiley

25 Mart 2017 09:24
2 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya Albaniyanı qəbul edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matç "skuadra azzura"nın qapıçısı Canluici Buffon üçün xüsusilə əlamətdardı. 

Belə ki, əfsanəvi "çərçivə qoruyucusu" bu oyunla birlikdə peşəkar karyerasında 1000-ci dəfə meydana çıxıb.
 
Karyerası ərzində "Parma" və "Yuventus" klublarında çıxış etmiş Cici hələ ki futbol tarixinin ən bahalı qapıçısıdır. Belə ki, o, 2001-ci ildə Turin klubuna keçərkən "qoca sinyora" onun üçün 53 milyon avro ödəmişdi.
 
Buffon 1997-ci ildə debüt etdiyi milli komanda ilə 5 dəfə dünya çempionatında iştirak edib və bir dəfə 2006-cı ildə Almaniyadakı mundialda çempion adını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.