AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.
Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantıda I divizonun XXI turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
MOİK - "Şəmkir" görüşün 60-cı dəqiqəsində ev sahiblərinin baş məşqçisi Ramil Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun texniki zonadan uzaqlaşdırılıb və klubu 400 manat cərimə olunub. Həmçinin "hərbiçilər"in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. MOİK isə 20 manat cərimələnib.
Qeyd edək ki, MOİK - "Şəmkir" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində