İdman

"Barselona" 19 min avro məbləğində cərimələndi

23 Mart 2017 23:51
0 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA İspaniyanın "Barselona" klubunu 19 min avro məbləğində cərimələyib.

Milli.Az "Report"a istinadən bildirir ki,buna Kataloniya komandasının Fransa PSJ-si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub.
Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barsa"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s. - "Report") ittihamları irəli sürülüb.
Bundan başqa İtaliya "Napoli"si 38 min avro cərimələnib. İspaniya "Real Madrid"inə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol klubunun azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq meydana kənar əşyalar atıblar. Habelə stadionda pilləkənlər tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.