İdman

"Beşiktaş" erməni ilə vidalaşır

23 Mart 2017 22:14
1 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda Ermənistan milli komandasının futbolçusu Aras Özbilislə yollarını ayıracaq.

Milli.Az "Report"a istinadən bildirir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin uzun müddət zədəli olması və ümidləri doğrultmamasıdır.
2015-c ilin yanvarında Moskvanın "Spartak" klubundan 1 milyon avro qarşılığında İstanbul təmsilçisinə transfer olunan və İspaniyanın "Rayo Valyekano" klubuna icarəyə verilən A.Özbilisin cari mövsümdə 5 görüşdə forma geyinməsi "Beşiktaş" rəhbərliyini qane etmir. Bu səbəbdən erməni futbolçu komandadan göndəriləcək.
Qeyd edək ki, A.Özbilisin "Beşiktaş"la 2020-ci ilə qədər müqaviləsi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.