İdman

"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırılıb

21 Mart 2017 11:53
0 Şərh     Baxış: 392

Albaniya milli komandasının İtaliya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə oyunu, eləcə də Bosniya və Herseqovina yığmasına qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib.
Aqollinin adı 23 oyunçudan ibarət siyahıda yer alıb. O, yığmanın G qrupunda əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb. Bu görüşlərdə 6 xal toplayan Albaniya millisi hazırda qrup 4-cüsüdür.
Qeyd edək ki, İtaliya ilə görüş martın 24-də səfərdə, Bosniya və Herseqovina ilə yoldaşlıq oyunu isə martın 28-də Elbasan şəhərində olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.