İdman

“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi

21 Mart 2017 10:16
3 Şərh     Baxış: 569

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"Qarabağ"ın ardından "Qəbələ" də ilk "üçlük"də yerini təmin edib.
 
Buna XXIII turun nəticələri səbəb olub. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun yetirmələri 4-cü pillədə qərarlaşan "Zirə" üçün əlçatmaz olub. Sonuncular "Qarabağ"la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.
 
Hazırda "Qarabağ"dan 2 xal geridə qərarlaşan "Qəbələ"nin 47, 3-cü olan "İnter"in 39 xalı varsa, "Zirə" 30 xala malikdi. Mövsümün sonuna 5 tur qaldığından zirəlilər bütün görüşlərdə qalib gəlsə də, 15 xal əldə edəcək. Belə nəticə də 2-ci yerə çatmağa yetərli deyil. Bu isə o deməkdi ki, "Qarabağ"la çempionluq mübarizəsi aparan "Qəbələ" finişə 5 tur qalmış mükafat qazanacağını rəsmiləşdirib.
 
İlk "üçlük"dəki yer avrokuboklara vəsiqə verdiyi üçün "Qəbələ" qitə kuboklarında iştirakını da təmin edib. Əyalət klubu ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.
 
Qeyd edək ki, Azərbaycanı avrokuboklarda çempionatda ilk 3 yeri tutan komanda və kubokun qalibi təmsil edir. Sonuncu komanda Premyer Liqada "üçlük"də yer alsa, 4-cü pillənin sahibi də Avropaya yollanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sabulla · 21 Mart 11:2400

    Esas kubokun qalibi olmaq deyil finala çıxmaqdı.Eger avrokuboklara yer veren pillelerde qerarlaşmayan komanda kubokda finala çıxsa avroliqaya vesiqe qazanır.Eger finala çıxan her iki komanda ilk 3lükdedirlerse o zaman 4cü yeri tutan klub gedir.

    Cavab yaz
  • Anonim
    Elnur Mammadov · 21 Mart 11:3300

    QARABAG CEMPION.BU KOMANDANIN OYUNUNA BAXANDA MAKSIM MEDVEDEVLA BAYILDA USAQLIQDA OYNADIGIN ANLARI XATIRLAYIRAM

    Cavab yaz
  • Anonim
    Perviz sediyev · 21 Mart 13:5700

    Salam.niye sumqayiti qoymurlar 4 yernen avropaya getsin.bunun bir sebebi var.hakim sehvleri.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.