İdman

Daha bir braziliyalı "Barselona"nın transfer hədəfində

20 Mart 2017 21:22
0 Şərh     Baxış: 1 120

"Barselona"nın skautları Neymarın vətənində yeni istedad kəşf ediblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət "Flamengo"nun 16 yaşlı hücumçusu Visinius Juniordan gedir. Braziliyanın U-17 yığmasının da aparıcı üzvlərindən olan futbolçu 18 yaşı tamam olana kimi "Barselona"da qeydiyyatdan keçirilə bilməz. Katalonların yetkinlik yaşına çatamayan futbolçuların transferində yol verdiyi qayda pozuntularına görə FİFA tərəfindən 1 dəfə cəzalandırılıb.

Hazırda İspaniya nəhəngi Visisiusun gələcəkdə başqa kluba getməməsi istiqamətində iş aparmaqdadır. "Flamengo" isə onu 30 milyon avroya satmaq barədə düşünməyə başlayıb. "Barselona" gənc forvardı transfer etmək üçün, həmçinin Neymardan istifadə etmək fikrindədir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.