İdman

Fevral ayının ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO

20 Mart 2017 20:02
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Milli.Az bildirir ki, goal.az-ın keçirdiyi sorğunun qalibi, PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs alan 2 futbolçu və ötən ay çox qol vuran futbolçu arasından azarkeşlər tərəfindən seçilir. Fevral ayının ən yaxşı futbolçusu "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç seçilib.

Qeyd edək ki, ötən ayın ən yaxşı futbolçusu adına namizədlər sırasında "İnter"dən Nizami Hacıyev, "Neftçi"dən Daniel Seqovia və "Zirə"dən Riçard Qadze də yer alırdı. 3146 nəfərin iştirak etdiyi səsvermədə 45% səs toplayan Ozobiç fevral ayının ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.