İdman

"Barcelona" İniestaya əvəzləyici axtarır

20 Mart 2017 16:11
2 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barcelona"nın əfsanələrindən olan Andres İniesta 2018-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.

Katalonların onun mövqeyinə namizədləri çoxdan hazırdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunlar Marko Verratti və Filippe Koutinyodur. 24 yaşlı Koutinyo "Liverpool"un aparıcı futbolçularından biridir və bir neçə ay öncə "qırmızılar"la yeni müqavilə imzalamışdı. Verrattinin adı artıq uzun müddətdir "Barcelona" ilə hallansa da, onun agenti italyan havbekin PSG-də qalacağını israrla bildirir. Tyaqo Alkantaranın "Bayern Munich"dən qaytarılması məsələsi də müzakirə olunmaqdadır.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.