İdman

""Barcelona"ya məğlubiyyət sadəcə bədbəxt hadisə idi"

20 Mart 2017 15:44
0 Şərh     Baxış: 1 403

PSG Fransa Liqasının 30-cu turunda "Lyon"u məğlub etməklə (2:1) çempionluq mübarizəsinin davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Paris klubunun baş məşqçisi Unay Emeri bunları deyib:

"Monaco"nu gözdən qoymaq olmaz. Bu baxımdan vacib qələbə qazandıq. Biz 3 cəbhədə mübarizəni davam etdiririk. Çempionat, Fransa Liqa Kuboku və ölkə kuboku. Qış fasiləsindən sonra keçirdiyimiz 19 oyunu götürsək, 16 dəfə qalib gəlib 2 dəfə heç-heçə oynamışıq. Yeganə məğlubiyyətimiz "Barcelona" ilə oyunda olub. Bu yenilgini bizə bütün mövsüm ərzində xatırladacaqlar. Amma sübut etdik ki, həmin məğlubiyyət sadəcə bədbəxt hadisə idi. PSG-nin durumu yerindədir".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.