İdman

"Galatasaray"dan istefa xəbəri

20 Mart 2017 13:05
1 Şərh     Baxış: 1 361

Bu mövsüm qeyri-stabil çıxış edən "Galatasaray"dan istefa xəbəri var.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Levent Nazifoğlu tutduğu postdan azad olunub. O, şəxsi istəyi ilə vəzifəsindən getdiyini bildirib.

"Çox yorulmuşam. Bu futbol ortamını heç bəyənmədim. Çoxu maska taxır. Mən məska taxmaq istəmirəm, özüm istefa verdim. Türk futbolu ilə ayaqlaşa bilmədim. Bu istefalardan dərs alsınlar. Eqolarını deyil, "Galatasaray"ı ön planda tutsunlar. Tudora mövsümün əvvəlində şans verilməli idi. Rikerink gedincə hər şeyin düzələcəyini güman etmişdilər. İdarə heyətində Dursun Özbeki yanlış yönləndirən iki adam var. Adlarını çəkməyəcəm. Bundan sonra heç bir idarə heyətində yer almayacam" - Nazifoğlu deyib.

Qeyd edək ki, "Galatasaray" prezidenti Dursun Özbek mediaya çox açıqlama verən Nazifoğluna danışmaq qadağası qoymuşdu.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonimka · 20 Mart 13:1120

    Bu Cim-bomun 4ulduzunu niye sokrasheniye eleyirsiniz,niye kohne 3ulduzlu her defe yayirsiz?niye ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.