İdman

“Çempion biz olacağıq” – Daniel Subotiç

19 Mart 2017 20:43
0 Şərh     Baxış: 387

Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ" AZAL-la 1:1 bərabərliyə razılaşdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra "qırmızı-qaralar"ın hücumçusu Daniel Subotiç sualları cavablandırıb.
 
- Oyun haqqında nə deyə bilərsiz?

- Bu gün bəxt bizim tərəfimizdə deyildi. İlk hissədəki imkanlardan yararlanmaq lazım idi. Ancaq biz fürsəti boşa verdik. Yekunda isə son dəqiqə qolu ilə məğlub olduq. Neyləmək olar, önümüzdəki oyunlara baxacağıq.
 
- Öz oyununuzdan razı qaldınızmı?

- Xeyr. İlk hissədə qol vurmalı idim. Hücumçu kimi işimin öhdəsindən gələ bilmədim.
 
- Baş məşqçi oyundan sonra irad bildirdimi?

- Heç nə demədi. Sadəcə özümüzə gəlib, qabağa baxmalıyıq.
 
- Bu xal itkisi ilə çempionluqdan uzaq düşdüyünüzü demək olarmı?

- Son turlarda hadisələr istədiyimiz kimi alınmır. Bu da normaldı. Futbolda belə şeylər olur. Yaxşı oynasaq da, nəticə gəlmir.
 
- Bəs niyə belə alınır? Nədir bunun səbəbi?

- Hansısa bir səbəb göstərə bilmirəm. Fiziki və psixoliji olaraq hər şey qaydasındadı. Komandada atmosfer də qaydasındadı. "Neftçi"yə də, AZAL-a da qalib gəlməli idik.
 
- Çempionluq əldə edilməsə, necə olacaq?

- Bu barədə düşünmürük belə. Ancaq bizim məqsədimiz var və sona qədər mübarizə aparacağıq. Qarşıda hələ oyunlar var. İnanırıq ki, çempion biz olacağıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.