İdman

"Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi əladır" -

19 Mart 2017 19:36
Baxış: 439

"Formula 1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının sabiq rəhbəri Berni Ekklstoun turnir təqviminin Rusiya və Azərbaycanda yarışlarla genişlənməsinə şad olduğunu bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki,onun sözlərini "F1i.com" portalı sitat gətirib.
"Mən Macarıstanda yarışları təşkil edəndə, bu, "dəmir pərdə" arxasında baş verdi. Mənim bağladığım müqavilə və sövdələşmələr DTK ilə idi. Mən Avropa çərçivəsindən çıxmaq istəyirdim, axı dünya daha böyükdür. Bax məhz buna görə düşünürəm ki, yarışların Rusiyada, Bakıda və bir çox başqa yerlərdə keçirilməsi əladır", - deyə Ekklstoun bildirib.
"Onlar avropalıların ödədiyi məbləği versəydilər, biz bu ölkələrə gedərdikmi? Mənim cavabım - bəli. Ümid edirəm ki, onlar bunu eşitməyəcəklər və düşünməyəcəklər ki, mən onları soymuşam! Təqvimdə yarışların cəmi 21 sahibi var və onların hamısı razılaşmadan razı görünür", - deyə britaniyalı əlavə edib.
Ekklstoun "Formula-1"ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib.
Qran-pri Azərbaycanda 2016-ci ildən keçirilməyə başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.