İdman

4 min rüşvət verib sürücülük vəsiqəsi aldı

19 Mart 2017 18:30
1 Şərh     Baxış: 463

"Real"ın futbolçusu Fabio Koentrao vətəni Portuqaliyada keçirilən məhkəmə prosesində sürücülük vəsiqəsi almaq üçün 4 min avro rüşvət verdiyini etiraf edib.

Milli.Az-ın qol.az-a istinadən xəbərinə görə, 2012-ci ildə imtahanı keçirən şəxslərdən biri əl jestləri ilə düzgün cavablara işarə vurub. Futbolçu bildirib ki, vaxtı az olduğundan cavabların yalnız yarısını bilirmiş. Buna görə də sürücülük vəsiqəsi almaq üçün rüşvət verib.

Məhkəmə rüşvət verdiyi üçün futbolçunu təqsirli bilib və onu 3 min avro məbləğində cərimələyib. Bu pulu Koentrao xeyriyyə fondlarından birinə keçirməlidir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ilkin · 19 Mart 18:4700

    Bize şükür,400 avro civarinda deyisir,demeli bu tek bizde bele deyilmiş,yaxşi ki analoqumuz var tek deyilik.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.