İdman

IV İslam Həmrəyliyi Oyunlarının biletləri artıq satışda

19 Mart 2017 16:53
Baxış: 493

Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.

Milli.Az bildirir ki, Trend bu barədə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadən məlumat verir.

Bu münasibətlə martın 19-da Bakıda tədbir keçirilib. Tədbirdə "Bakı-2017"nin ulduz səfirləri Tünzalə Ağayeva və hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova və paytaxtın qonaqları iştirak ediblər.

Qeyd edək ki, bu möhtəşəm tədbirdə bütün idman növləri üçün biletlərin qiyməti 2-5 AZN arasında dəyişəcək.

Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Oyunlara dünyanın 55 ölkəsindən atletlər qatılacaq.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.