İdman

Marina Nekrasova: "Şadam ki, Bakıda Dünya Kubokunda bürünc medal qazandım"

19 Mart 2017 15:43
Baxış: 441

Şadam ki, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bürünc medal qazandım.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə azərbaycan gimnastı Marina Nekrasova deyib.

M.Nekrasova qadınlar arasında sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

Azərbaycan idmançısı deyib: "Mən hərəkəti maksimum yerinə yetirdim. Tir üzərində hərəkətlərdə isə bir qədər həyəcanlandım. Hərəkəti daha yaxşı yerinə yetirə bilərdim".

Gimnast planlarıdnan danışaraq qeyd edib ki, o, idman gimnastikası üzrə Avropa çempionatına hazırlaşacaq.

Qeyd edək ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə gedir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.