İdman

""Qarabağ”ı məğlub edə bilərik"

19 Mart 2017 14:27
2 Şərh     Baxış: 597

"Neftçi"nin futbolçusu Zdenek Folprext Topaz Premyer Liqasının 23-cü turunda Bakı "İnter"inə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Milli.Az qol.az-a istinadən həmin sual-cavabı təqdim edir:

- Bizim üçün çox vacib bir matçdı. Çünki bu gün "Neftçi"nin yaranma günü idi. Üzərimizdə müəyyən qədər təzyiq var idi. Komanda başa düşürdü ki, bu oyunda qələbə qazanmalıdır. Çox xoşbəxtəm ki, üç xalı biz əldə etdik.

- "Neftçi"nin tarixi formasında meydana çıxmışdınız. Bəyəndin bu formaları?

- Birinci dəfədir ki, tarixi formada meydana çıxırdım. Oynadığım klublarda bu halla rastlaşmamışdım. Xoşuma gəldi və əsas odur ki, bu formada qələbə qazandıq.

- Azərbaycan üçün çox vacib olan, köklü bir klubda forma geyindiyinin fərqindəsən?

- Təbii ki. Əvvəlcədən də başa düşürdüm ki, hansı komandaya gəlmişəm. Bu gün də gördük ki, "Neftçi" Azərbaycan futbolu üçün nə qədər vacib komandadır.

- Ötən tur "Qəbələ"ni məğlub etdiniz, bu gün də "İnter"ə qalib gəldiniz. "Neftçi"nin öz oyununu tapdığını düşünmək olarmı?

- Doğrudur, biz çox yaxşı formadayıq. Bu, kənardan görünür. Əgər mövsümün ilk yarısındakı oyunlarımızı saymasaq, 2017-ci ilin əvvəlindən qazanılan xallara baxsaq, çempionatın ən yaxşı komandalarından biriyik. Nəticələr də bunu göstərir.

- Çempionatın güclü komandalarını məğlub etməyi bacardınız. Bəs, "Qarabağ"la matçda hansı hesabı gözləmək olar?

- Mən "Qarabağ"a qarşı 3 dəfə oynamışam və məğlub olmamışam. İki dəfə "Slovan"da, bir dəfə isə "Neftçi"də "Qarabağ"a qarşı mübarizə aparmışam. Təbii ki, futbolda mümkünsüz bir şey yoxdu. Biz "Qarabağ"ı məğlub edə bilərik.

- "Slovan"ın heyətində özünü "Qarabağ"a qarşı daha inamlı hiss edirdin, yoxsa "Neftçi"də?

- Mən deyərdim ki, "Neftçi" ilə "Slovan" eyni səviyyəli komandadır. Bir fərq görmürəm.

- Çexiya millisi DÇ-2018-in semə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Demək olarmı ki, Çexiya millisi naminə Almaniyanın Bakıda millimiz üzərində qələbə qazanmasını daha çox istəyəcəksən?

- Azərbaycan millisinə azarkeşlik edəcəm. Oyunu stadiondan izləyəcəm və komanda yoldaşlarım Namik Ələskərovla Ruslan Abışova dəstək verəcəm.

- Bəlkə Çexiya yığmasına dəvət almadığına görə Azərbaycana azarkeşlik edəcəksən?

- Yox, yox. Tam ciddi deyirəm, əgər "Neftçi" ilk pillələr uğrunda mübarizə aparsa, Çexiyanın baş məşqçisi oyunlarımıza baxacaq və məni də milliyə dəvət edə bilər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    BOZ KURT · 19 Mart 16:4000

    oda yuxuda

    Cavab yaz
  • Anonim
    Aga · 20 Mart 01:4700

    Qarabağ özu oyunu verər sizə narahat olmayın onsuzda 4 cu yeri sizə hesablayıblar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.