İdman

Remkes: "Bakıda Dünya Kubokunda medal qazanmaq Melburndakından çətin oldu"

19 Mart 2017 14:14
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Dünya Kubokunda medal qazanmaq Melburndakından daha çətin oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə dayaqla tullanmada Bakıda Dünya Kubokunun qalibi, avstraliyalı Kristofer Remkes deyib.

Öz çıxışı barədə danışan K.Remkes təsnifatla müqayisədə final yarışlarında öz proqramını dəyişdiyini bildirib: "Təsnifatda çətinliklər var idi, ona görə mən bu gün proqramımı dəyişməli oldum və layiqli nəticə göstərə bildim".

Qeyd edək ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.