İdman

Ançelotti Lövə məsləhət verdi

18 Mart 2017 14:43
0 Şərh     Baxış: 595

"Bavariya"nın futbolçusu Jerom Boatenq İngiltərə və Azərbaycan yığmalarına qarşı oyunlara klubun baş məşqçisi Karlo Ançelotti ilə məsləhətləşmələrə əsasən çağrılmayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, 29 yaşlı müdafiəçi ilə əlaqədar Bundestimin baş məşqçisi Yoahim Lövlə danışdığını bildirib: "Lövə dedim ki, Boatenqin durumu milliyə münasibdir. Lakin ona fiziki vəziyyətini daha da yaxşılaşdırmaq üçün vaxt lazımdır".

Qeyd edək ki, Almaniya millisi martın 22-də İngiltərə ilə Dortmundda yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək.    

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.