İdman

FIG: "Azərbaycan Gimnastika Federasiyasının işi sadəcə heyranlıq doğurur" - FOTO

17 Mart 2017 20:56
Baxış: 316

"Azərbaycan Gimnastika Federasiyasının işi sadəcə heyranlıq doğurur".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Baş katibinin müavini Nikolya Bumpen jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Beynəlxalq Federasiya Azərbaycan Gimnastika Federasiyasının işini diqqətlə müşahidə edir: "Biz görürük ki, Azərbaycan Gimnastika Federasiyası nə qədər iş görür və bu bizdə sadəcə heyranlıq doğurur. Federasiyanın Baş katibi, mənim dostum Fərid Qaibov öz işinin əsl peşəkarıdır və hər dəfə Bakıda yarışları yüksək səviyyədə təşkil etməklə bunu sübut edir".

N.Bumpen qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası hazırda istənilən gimnastika turnirini təşkil etmək imkanına malikdir: "Bu arenada istənilən yarışı keçirmək olar. Bakıda 2019-cu ildə bədii gimnastika üzrə Dünya Çempionatı keçiriləcək. Gimnastikaya hər zaman yenilik, dinamiklik lazımdır ki, ona baxmaq maraqlı olsun. Azərbaycan Gimnastika Federasiyası da hazırda məhz bu işlə məşğuldur. Hər dəfə mən Federasiyanın işini gördükdə fikirləşirəm ki, bu gimnastikanın gələcəyidir".

N.Bumpen bildirib ki, Azərbaycana səfərinin məqsədi mayda Beynəlxalq Gimnastika Federasiyasının Bakıda keçiriləcək şurası öncəsi hazırlıqla tanış olmaqdır: "Əsas məqsədim burada forumun keçirilməsi üçün otellərin və nəqliyyatın FİG standartlarına uyğunluğunu yoxlamaqdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.