İdman

Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

17 Mart 2017 21:09
0 Şərh     Baxış: 585

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu həftə keçirilən oyunların ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu ada "Lester"in qapıçısı Kasper Şmeyxel layiq görülüb.
 
Ali futbol qurumunun azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, "Sevilya" ilə cavab qarşılaşmasında penalti dəf edən danimarkalı qolkiper respondentlərin 36% səsini toplayıb. Onu müvafiq olaraq "Atletiko"lu həmkarı Yan Oblak (31%), "Monako"nun hücumçusu Kilian Mbappe (18%) və "Yuventus"un ön xətt oyunçusu Paulo Dibala (16%) izləyiblər.
 
Qeyd edək ki, "Sevilya"nı mübarizədən kənarlaşdıran "Lester" 1/4 final mərhələsində "Atletiko"ya rəqib olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.