İdman

Xorvatiya gimnastı: "Bakıdakı Dünya Kuboku idman gimnastikası üzrə Dünya Kuboklarının ən yaxşılarından biridir"

17 Mart 2017 17:32
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda keçirilən Dünya Kuboku idman gimnastikası üzrə Dünya Kuboklarının ən yaxşılarından biridir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında Xorvatiyanı təmsil edən gimnast Tin Srbiç deyib.

Xorvatiyalı idmançı deyib: "Bakıya ikinci ildir ki, gəlirəm. Qeyd etmək istəyirəm ki, təşkilatçılıq çox yüksək səviyyədədir. Arena burda çox böyükdür, idmançılar üçün lazım olan bütün hər şey var. Ümumiyyətlə, bu Dünya Kuboku iştirak etdiklərim arasında ən yaxşılardan biridir".

Çıxışına toxunan gimnast finala çıxmağa ümid etdiyini bildirib: "Bu Dünya Kubokunda mən ancaq turnik üzərində hərəkətlərdə iştirak edirəm. Üç rotasiyadan sonra dördüncü olacam. Pis çıxış etmədim. Doğrudur, bacarığımın hamısını göstərə bilmədim, amma finala çıxacağıma ümid edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.