İdman

Azərbaycan finala çıxdı, Çunayev canlı yayım etdi - VİDEO - FOTO

17 Mart 2017 12:12
3 Şərh     Baxış: 4 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, məlumatına görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. 

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib. 

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq. 

Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. İdmançımız Rəsul Çunayev finala çıxdıqdan sonra Instagram-da video paylaşıb və Rusiya ilə qarşılaşacaqlarını bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan finala çıxdı, Çunayev canlı yayım etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.