İdman

Avropa Liqası: "Beşiktaş"ın rəqibi bilindi - YENİLƏNİB

17 Mart 2017 16:17
3 Şərh     Baxış: 2 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:17

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "kor püşk"ün nəticəsinə əsasən bu mərhələdə qarşılaşacaq komandalar məlum olub.

Püşkün nəticəsi:

1/4 final

"Anderlext" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Selta" (İspaniya) - "Genk" (Belçika)
"Lion" (Fransa) - "Beşiktaş" (Türkiyə)
"Ayaks" (Niderland) - "Şalke" (Almaniya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-ü, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

--------

10:10

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.
 
Bu mərhələdə 7 ölkə təmsilçisi çıxış edir. 1/4 finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası "Beşiktaş"ın da rəqibi Nyonda bəlli olacaq.
 
Avropa Liqası
1/4 final

(13 və 20 aprel)
"Beşiktaş" (Türkiyə)
"Mançester Yunayted" (İngiltərə)
"Lion" (Fransa)
"Şalke" (Almaniya)
"Selta" (İspaniya)
"Anderlext" (Belçika)
"Genk" (Belçika)
"Ayaks" (Hollandiya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.