İdman

Püşk nəhəngləri üz-üzə qoydu - YENİLƏNİB

17 Mart 2017 15:22
24 Şərh     Baxış: 3 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:22

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.
 
Bu mərhələdə 5 ölkə, yalnız "Böyük beşlik" təmsilçisi çıxış edir. Belə ki, 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə təmsil olunacaq.
 
Kor püşk nəhəngləri üz-üzə qoyub. Belə ki, "Bavariya" ilə "Real", "Yuventus"la "Barselona" bir-birinə rəqib olub.
 
Çempionlar Liqası
1/4 final

(11/12 və 18/19 aprel)
"Atletiko" (İspaniya) - "Lester" (İngiltərə)
"Borussiya" (D, Almaniya) - "Monako" (Fransa)
"Bavariya" (Almaniya) - "Real" (İspaniya)
"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)

--------

10:01

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.
 
Bu mərhələdə 5 ölkə, yalnız "Böyük beşlik" təmsilçisi çıxış edir. 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə 1 komanda ilə təmsil olunacaq.
 
Çempionlar Liqası
1/4 final

(11/12 və 18/19 aprel)
"Atletiko" (İspaniya)
"Barselona" (İspaniya)
"Real" (İspaniya)
"Bavariya" (Almaniya)
"Borussiya" (D, Almaniya)
"Lester" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Monako" (Fransa)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.