İdman

Bakıda Dünya Kubokunda halqalarla hərkətlərdə finalçılar müəyyənləşib

16 Mart 2017 20:34
Baxış: 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında halqalarla hərəkətlər üzrə kvalifikasiya başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, kvalifikasiyanın nəticələrinə görə, finala Yunanıstan təmsilçiləri Elefterios Petrunias, Konstantinos Konstantinidis, Yaponiya idmançıları Kazuyuki Takeda, Şoqo Nonomura, Finlandiya gimnastları Tomi Tuuxa, Oskar Kirmes, Ukrayna təmsilçisi Evgeniy Yudenkov və İspaniya idmançısı Migel Raydelyer Sapata Santana çıxıblar.

Azərbaycan gimnastı Bense Talas 13,066 balla 10-cu yeri tutub və finalda ehtiyatda olan ikinci idmançı olaraq yer alıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.